Modern.az

Şəmkirdəki qəzada 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb  

Şəmkirdəki qəzada 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb   

3 Avqust 2017, 00:49

Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

“OKA” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri azyaşlı olduğuna görə Gəncədə yerləşən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, iki qadın isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qadınlardan birinin,  Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızının vəziyyəti ağır kimi qiymətləndirilir. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu