Modern.az

"Pley-off"a vəsiqə qazanan komandalar müəyyənləşib

"Pley-off"a vəsiqə qazanan komandalar müəyyənləşib

3 Avqust 2017, 01:01

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Modern.az "Report"a istinadən xəbər verir ki, baş tutan daha 14 matçdan sonra "pley-off"a vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Türkiyə təmsilçisi "Başakşehir” Belçika "Brügge”sinə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. Çempionlar Liqasında "pley-off"a yüksələn digər komandalar bunlardır:

Çempionlar Yolu: "Slaviya" (Çexiya), APOEL (Kipr), "Kopenhagen" (Danimarka), "Hapoel” (Beer Şeva, İsrail), "Maribor” (Sloveniya), "Olimpiakos” (Yunanıstan), "Astana” (Qazaxıstan), "Riyeka” (Xorvatiya), "Seltik” (Şotlandiya)

Qeyri-çempionlar Yolu: MOİK (Rusiya), "Başakşehir" (Türkiyə), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Nitsa” (Fransa)

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması avqustun 4-də keçiriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu