Modern.az

Tramp Ağ evi zibillik adlandırdı  

Tramp Ağ evi zibillik adlandırdı   

3 Avqust 2017, 13:21

ABŞ prezidenti Donald Tramp yaşadığı Ağ ev haqqında mənfi fikirlər bildirib.

Modern.az xəbər verir ki, Golf.com saytında dərc olunan yazıda Trampın yeni evindən şikayət etdiyi və Ağ evi lağ hədəfinə çevirdiyi fikirləri qeyd edilib.

Belə ki, prezident dostlarına ABŞ-ın fərqli yerlərində yerləşən qolf məkanlarını tez-tez ziyarət etməsinin səbəbi kimi “Ağ ev zibillikdir” deyə bildirib.

Tramp isə bu iddiaları təkzib edir. ABŞ prezidenti  “Twitter” hesabında  "Ağ evi sevirəm. Gördüyüm ən gözəl binalardan biridir.  Amma saxta məlumatlarda ora “zibillik” dediyim qeyd edilib. Bu, tamamilə yalandır” deyə bildirib.

 Lakin xəbərin yayılması ilə Ağ evdə 8 il yaşayan eks-prezident Bill Klintonun qızı Çelsi Klinton da müzakirələrə daxil olub.

Çelsi Klinton “Twitter”  hesabında  "Ağ evin bütün təmizlikçiləri, mühəndisləri, bağbanları, dizaynerlərinə xidmətlərinə görə təşəkkür edirəm”  yazıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var