Modern.az

BDU-nun 19 yaşlı tələbəsi çayda boğularaq öldü - VİDEO 

BDU-nun 19 yaşlı tələbəsi çayda boğularaq öldü - VİDEO 

3 Avqust 2017, 14:00

Qazaxda 19 yaşlı tələbə çayda çimərkən boğulub.

 

“ARB TV” xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbəsi, Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən batıb.

 

Onun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Qazax rayon filialına təhvil verilib. Daha sonra cəsəd ailəsinə təqdim olunub.

 

Murad Muradovla birgə batmaq üzrə olan digər tələbə isə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu