Modern.az

“Azəriqaz”da “Açıq mətbuat saatı” keçiriləcək

“Azəriqaz”da “Açıq mətbuat saatı” keçiriləcək

Təhsil

19 May 2011, 11:11

Mayın 20-də saat 12:00-dan 13:00-dək “Azəriqaz” İstehsalat Birliyində növbəti “açıq mətbuat saatı” keçiriləcək. ADNŞ-ın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, “Açıq mətbuat saatı”nda Birliyin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Kamal Tarverdiyev və İctimaiyyətlə əlaqələr şöbəsinin müxbiri Tahir Kazımov təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı sualları cavablandıracaqlar.

Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq mövzu ilə əlaqədar suallarına cavab ala bilərlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular