Modern.az

Ermənistan Tovuz çayı ilə Azərbaycana virus axıtdı - TƏXRİBAT  

Ermənistan Tovuz çayı ilə Azərbaycana virus axıtdı - TƏXRİBAT   

3 Avqust 2017, 17:00

Xain qonşularımız – ermənilər Tovuz çayı vasitəsilə Azərbaycan ərazisinə ampulanın içində virus axıdıblar.

Bu məlumatı Modern.az saytına hüquq-mühafizə orqanlarında çalışan araşdırmaçı Cəlaləddin Qasımov verib.


C.Qasımov bildirib ki, o hazırda doğma rayonu Tovuzdadır və bu faktı şəxsən aşkara çıxarıb.

“Aidiyyəti orqanlardan xahiş edirəm ki, bu virusun yoxlanılmasını təşkil etsinlər. Eyni zamanda, sərhədboyu - çayqırağı yaşayan həmyerlilərimi diqqətli olmağa çağırırıam”,-deyə o bildirib.

Cəlaləddin Qasımovun sözlərinə görə, Tovuz çayından naməlum maye dolu ampula onun da iştirakı ilə “Şollerlərin sirri” bədii filminin çəkilişi zamanı aşkarlanıb.

Faktın əks olunduğu videonu aşağıdakı linkdən izləyə bilərsiniz:

//www.facebook.com/celaleddin.qasimov/videos/2381306148760536/

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu