Modern.az

Daha bir hərbi komissar həbs olundu

Daha bir hərbi komissar həbs olundu

Ölkə

19 May 2011, 11:18

Sumqayıt şəhərinin hərbi komissarı polkovnik Samir Məmmədov həbs olunub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, işində yol verdiyi nöqsanlara görə, S.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib və barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.

Polkovnik barəsində cinayət işinin başlanması və istintaqın aparılması ilə bağlı məlumatı Bakı Hərbi Məhkəməsindən təsdiqləyiblər.

Qeyd edək ki, bundan əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının hərbi komissarları da aparılan yoxlamalar nəticəsində həbs olunmuşdu.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu