Modern.az

Səlim Müslümov Türkiyədə “Eurovision-2011”-dən danışıb

Səlim Müslümov Türkiyədə “Eurovision-2011”-dən danışıb

Təhsil

19 May 2011, 11:25

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyə paytaxtında keçirilmiş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib. S.Müslümov simpoziumdakı çıxışının əvvəlində bildirib ki, Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəlmiş gənclərimizin səhnədə türk bayrağını dalğalandırmaları bir daha Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu təcəssüm etdirib.
Fond sədri ölkəmizdə son illər Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, pensiya və müavinətlərin artırılması istiqamətindəki tədbirlərdən söhbət açıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Ömər Dinçər bu ölkədə həyata keçirilən sosial islahatlardan ətraflı danışıb.

Simpoziumun sonunda Ömər Dinçər DSMF sədri Səlim Müslümov və BSTA-nın baş katibi Hans Host Konkalevskiyə plaket təqdim edib.

Azərbaycan nümayəndə heyəti simpozium çərçivəsində Türkiyə Sosial Güvənlik Kurumunun rəhbərliyi ilə də görüşüb, əməkdaşlığın perspektivlərini müzakirə edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular