Modern.az

Qəbələdə sonuncu kamera konserti təşkil edilib

Qəbələdə sonuncu kamera konserti təşkil edilib

Aktual

3 Avqust 2017, 20:16

Altı gündür ki, davam edən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşmaq üzrədir. Modern.az  xəbər verir ki, bu gün Heydər Əliyev Konqres Mərkəzində “Dörd əl axşamı” adlı sonuncu kamera konserti təşkil edilib. Konsertdə pianoçular - Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış ediblər.

 

Festival iştirakçılarına dünyanın tanınmış musiqiçilərinin canlı ifasında Avropa bəstəkarları R.Şubert, İ.Brams, Q.Fore və C.Gerşvinin əsərləri təqdim olunub.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu