Modern.az

Afurcada "Opel" dərəyə aşdı: ölən və yaralanan var

Afurcada "Opel" dərəyə aşdı: ölən və yaralanan var

Aktual

3 Avqust 2017, 21:29

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Afurca kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Səmədov Vüsal Xeyrulla oğlunun idarə etdiyi "Opel" markalı maşın hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sərnişin Samir adlı şəxs dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu