Milli Məclisinin təşəbbüsü ilə keçirilən “Parlament kuboku – 2011” mini futbol turnirinə Nəqliyyat Nazirliyinin “İpək yolu” komandası qələbə qazanıb. Modern.az saytı xəbər verir ki, Nəqliyyat Nazirliyin rəqibi “C” qrupunun lideri, eləcə də ümumilikdə turnirin əsas favoritlərindən biri hesab olunan Vergilər Nazirliyinin komandası olub. Vergilər Nazirliyinin komandası ilk oyununda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 8:1 hesabı ilə qalib gəlmişdi.
Vergi əməkdaşları nəqliyyatçılarla bacara bilməyiblər.
Nəqliyyat Nazirliyinin komandası Vergilər Nazirliyindən olan həmkarlarına 3:1 hesabı ilə qalib gəliblər.
Modern.az