Modern.az

Bu gün havadan ehtiyatlı olun - XƏBƏRDARLIQ  

Bu gün havadan ehtiyatlı olun - XƏBƏRDARLIQ   

5 Avqust 2017, 09:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qurumdan Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 5-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39,  bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

           
Azərbaycanın rayonlarında avqustun 5-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun  35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda  isə  29-34 dərəcə isti olacağı gözlənilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu