“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti sərnişinləri diqqətli olmağa çağırıb.
Şirkət bəyan edib ki, son vaxtlar AZAL tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınıb və qarşısı alınıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif edir, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alır.
AZAL sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır.
Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısı aviaşirkətin rəsmi internet saytında təqdim olunub: //www.azal.az/az/article/31082015