Modern.az

Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb - Yenilənib

Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb - Yenilənib

4 Avqust 2017, 21:15

Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2002-ci il təvəllüdlü Abbasov Pərviz İsa oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

 

20:32

 

Gədəbəydə bir nəfər göldə batıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu