Modern.az

Gürcüstan Saakaşvili ilə bağlı Polşaya müraciət etdi

Gürcüstan Saakaşvili ilə bağlı Polşaya müraciət etdi

4 Avqust 2017, 21:28

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, müraciətə səbəb M.Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.

“Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb”,- Baş Prokurorluqdan bildirilib.

 

Qeyd edək ki, yayılmış məlumatlara əsasən, Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti ABŞ-dan Polşaya uçub. M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu