Modern.az

"Siyasətə gün ağladınız, indi də ədəbiyyata baş vurursunuz?" - Jurnalistdən siyasətçiyə

"Siyasətə gün ağladınız, indi də ədəbiyyata baş vurursunuz?" - Jurnalistdən siyasətçiyə

4 Avqust 2017, 23:47

Son zamanlar xalq şairi Səməd Vurğun barəsində səsləndirilən ittihamlar səngimək bilmir. Onun barəsində deyilən fikirlər isə cəmiyyətdə birmənalı qarşılanmır. Xalq şairini sevənlərlə yanaşı, ona nifrət edənlər də var. Bu günlərdə Səməd Vurğun yenidən müzakirə mövzusu olub.

Səməd Vurğunla bağlı ADP sədri Sərdar Cəlaloğlunun fikirləri də qalmaqal yaradıb.

Modern.az xəbər verir ki, tanınmış jurnalist Hidayət Elvüsalın Sərdar Cəlaloğluna cavabı isə özünü çox gözlətməyib. Jurnalist sosial şəbəkədə yazdığı statusda ədəbiyyatdan danışan siyasətçini sərt tənqid edib:

"Bağışlasın məni bəzi oratorlar,

Bu gecəyə mənim də bir əlavəm var.

Məndə şeirin xidmətçisi,

mən də şeirin yiyəsiyəm.

Var sözümü bir məzarın

qulağına deyəsiyəm...

...................................

...................................

Ön sırada oturanlar titrədilər ,büdrədilər

Çox xəbislər elə bildi Səməd gəldi...

...................................................

Durub-durub SƏMƏD VURĞUNA nəsə demək istəməyə çalışan Sərdar Cəlaloğlu, bu misraları illər öncə MƏMMƏD ARAZ yazıb.Yazıb ki..."ÇOX XƏBİSLƏR(!!!) elə bildi SƏMƏD gəldi".

Siz özünüzü onların arasında görürsünüzmü?

Nouldu? Siyasətə gün ağladınız, indi də ədəbiyyata baş vurursunuz?

Bura çox dərindi, bəy!!!"

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu