Avqustun 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu,Bəhmənli kəndində, sahibi məlum olmayan "VAZ-2106" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Modern.az xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətininyanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin (naməlum kişi) cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 05:00-da başa çatıb.