UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunların başlama saatı da açıqlanıb.
Modern.az xəbər verir ki, UEFA-nın rəsmi saytında “Qarabağ”la “Kopenhagen” arasında avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün 20:00-da başlayacağı qeyd olunub.
Cavab qarşılaşması avqustun 23-də Danimarkada keçiriləcək.