Modern.az

Toya gedənlər qəzaya düşdülər - 4 yaralı...  

Toya gedənlər qəzaya düşdülər - 4 yaralı...   

5 Avqust 2017, 12:43

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.


Qəza nəticəsində 4 nəfər xəsarət alıb.


Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

 

Qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Əzizov Rauf Qubad oğlu, sərnişinlər - Beyləqan rayon sakinləri 1939-cu il təvəllüdü İmanov Şirinalı Sərdar oğlu, 1959-cü il təvəllüdlü İmanova Aidə Rəşxan qızı və bir nəfər azyaşlı xəsarət alıblar.

Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu