Modern.az

Gömrükdə qızıl-zinət əşyaları müsadirə edildi  

Gömrükdə qızıl-zinət əşyaları müsadirə edildi  

5 Avqust 2017, 13:02

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.

 

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu