Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.
Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, avqustun 5-də saat 12:00-a olan məlumata əsasən, 27 min 73 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib.
İxtisas seçimi avqustun 10-dək davam edəcək.