Sosial şəbəkələrdə məşhur braziliyalı futbolçu Neymarın İspaniyanın “Barselona” klubundan Fransanın “Pari Ser-Jermen” klubuna keçməsinə görə ödənilən məbləğ yazılmış çekin şəkli yayılıb.
Modern.az xəbər verir ki, 222 milyon avroluq çekin şəkli sürətlə izləyici toplamaqdadır.
Xatırladaq ki, Neymar bu günlərdə PSJ-yə transfer olunub. Bu keçidə görə ödənilən məbləğ 222 milyon avro təşkil edib.
Neymarın transferi futbol tarixində ən bahalı keçid olub.