122 saylı Xankdəndi Seçki Dairəsindən millət vəkili seçilmiş Flora Qasımova dünəndən seçicilərlə görüşə başlayıb. Öncə o, Kürdəmir və Göyçayda xankəndililərlə görüşüb.
Deputat Ağcabədi də olub. Ağcəbədinin Sarıcalılar, Hüsülülər kəndi və rayonun mərkəzində xankəndililərlə görüşlər keçirib.
F.Qasımova Modern.az saytına məlumatında bildirib ki, görüşdə əsasən seçicilərin qarşılaşdıqları problemlər və bu kimi digər məsələlər müzakirə olunub. Onun sözlərinə görə, seçicilərin ən böyük problemi mənzillə bağlıdır.
“Düzdür, Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları bütün çadır şəhərçikləri ləğv olunub. Bu istiqamətdə ciddi işlər gedir. Bu məsələ birbaşa Prezidentin nəzarətindədir. Bununla yanaşı, mənzil məsələsində hələ də müəyyən məqamlar var ki, onlar həll olunmalıdır”.
Millət vəkili bildirib ki, xankəndililər ölkənin müxtəlif regionlarında yaşayır və onlarla belə görüşləri davam etdirəcək.
Modern.az