Avropada görünməmiş istilər yaşanır. Köhnə qitənin bəzi yerlətində havanın temperaturunun 50 dərəcəyə çatması insanların həyatına təhlükə yaradıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi Avropa ölkələrində hökumət anormal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edib.
Macarıstan, İsveçrə, Sloveniya, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, İtaliya, Monteneqro, Rumıniya, Polşa hökuməti belə bir addım atıb.
Bu ölkələrdə havanın temperaturunun son vaxtlar 50 dərəcəyə yükəldiyi bildirilir.
Temperaturun 40 dərəcəyə çatdığı Bolqarıstan, Yunanıstan, İspaniya, Fransa və Makedoniyada “narıncı” təhlükə səviyyəsi elan edilib.