Modern.az

Məzunlar rektorla görüşüblər

Məzunlar rektorla görüşüblər

Təhsil

19 May 2011, 15:31

Mayın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor, millət vəkili Səməd Seyidov universitetin məzunu olmuş gənclərlə və magistrlərlə görüşüb.  Görüşdə ADU-da gənclərin gələcək iş imkanları, onların universitetə cəlb olunma məsələləri müzakirə olunub.  Məzunların düzgün karyera qurması istiqamətində  fikir mübadiləsi aparılıb.

ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, rəhbərlik etdiyi universitetin məzunları ilə fəxr etdiyini deyən rektor S. Seyidov onlarla həmişə sıx əlaqə saxladığını və bunun vacib olduğunu deyib. O, məzunlarla universitetin gələcəkdə də qarşılıqlı əlaqəsinin davam edəcəyinə əminliyini ifadə edib və bu tipli görüşlərin mütəmadi keçiriləcəyini deyib. 
Rektor  universitetin professor-müəllim heyətinin rəyini nəzərə alaraq, məzunların gələcəkdə universitetdə çalışması istiqamətində bir sıra addımların atılacağını qeyd edib.
S. Seyidov  gənclərə bütün işlərində müvəffəqiyyətlər arzulayıb.

ADU məzunları da öz növbəsində doğma təhsil ocağına dəvət olunduqlarına görə məmnunluqlarını ifadə ediblər və bu təşəbbüsə görə S.Seyidova təşəkkür ediblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular