Modern.az

Sumqayıtda yataqxanada yanğın başlayıb: yaralananlar var, Video, Yenilənib

Sumqayıtda yataqxanada yanğın başlayıb: yaralananlar var, Video, Yenilənib

5 Avqust 2017, 21:43

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın başlayıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib.  Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Hadisə nəticəsində ondan artıq şəxsin zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirildiyi bildirilir.

"Trend"in məlumatına görə, yanğında ölən və yaralananlar var.

 

22:43

 

Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb. Modern.az xəbər verir ki, yanğın saat 22:20 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib. Hər iki şəxs Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, yanğın yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başlayıb.

Qeyd edək ki, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu