Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan həbs edilən, yaxud istintaqı aparılan FETÖ-çuların geyimi ilə bağlı xüsusi detalları açıqlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident təqsirkarların geyim formasına Malatyada çıxışı zamanı diqqət çəkib. Ərdoğan qeyd edib ki, onların geyimi badam rəngindən daha tünd olacaq: "Məhbuslar üçün xüsusi torba, jaket və şalvar nəzərdə tutulub. Məhkəmələrdə şou göstərən bu xainlar acı aqibətləri ilə baş-başa qalacaq. Millətimiz qiyamçıların cavabını hüquq müstəvisində verəcək”.
Modern.az