Modern.az

Sürücü kanalda boğuldu

Sürücü kanalda boğuldu

6 Avqust 2017, 00:16

Bu gün axşam saatlarında Əzizbəyov kanalının Biləsuvar rayonundan keçən hissəsində bədbəxt hadisə nəticəsində bir nəfər sürücü boğularaq ölüb. Modern.az virtualaz.og-a istinadən xəbər verir ki, Qobustan rayon sakini olan “Shagman” markalı yük maşınının hələlik şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayan sürücüsü sərinlənmək üçün kanalda çimmək istəyərkən boğulub.

Hazırda gecə saatları olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri tərəfindən suda batmış sürücünün cəsədinin axtarışlarına başlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu