"Bəzi ukraynalı hərbçilər bizim tərəfə keçmək istəyir. Malorusiya ilə bağlı mübahisələr hələ də davam edir". Modern.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri qondarma Dontesk Xalq Respublikasının lideri Andrey Zaxarçenko bildirib.
Andrey Zaxarçenko qeyd edib ki, bu layihə artıq politoloqlar, siyasi ekspertlər səviyyəsində müzakirə olunur: "İndiyə kimi milyonlarla tənqid edənlər, təklif və şərh verənlər oldu. Bundan əlavə, ukraynalı əsgərlər əsir düşməmək üçün bizim tərəfə keçmək istəyirlər. Nəhayət ki, cəbhədə dayanan insanlar durumu dərk etməyə başlayırlar”.
Modern.az