Modern.az

BMT Şimali Koreyaya qarşı yeni qətnamə qəbul edib

BMT Şimali Koreyaya qarşı yeni qətnamə qəbul edib

6 Avqust 2017, 01:08

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni qətnamə qəbul edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qətnamə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

Məlumata görə, qətnamə KXDR-dən dəmir və dəmir filizi, qurğuşun, kömür və dəniz məhsullarının idxalına qadağa qoyulmasını nəzərdə tutur. Həmçinin, Şimali Koreyanın Xarici Ticarət Bankının hesablarının dondurulması, BMT qətnamələrini pozmuş KXDR gəmilərinin bütün ölkələrin limanlarına girişinə, bu ölkənin şirkətləri ilə birgə müəssisələrin yaradılmasına və Şimali Koreyadan olan işçilərin sayının artırılmasına qadağa qoyulması, habelə digər sanksiyalar nəzərdə tutulur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu