Modern.az

Sumqayıtdakı yanğında 10 nəfər zəhərlənib - RƏSMİ

Sumqayıtdakı yanğında 10 nəfər zəhərlənib - RƏSMİ

6 Avqust 2017, 10:55

Dünən Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib. Yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib.  Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.

 

Hadisə nəticəsində ondan artıq şəxsin zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirildiyi bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, yanğın yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başlayıb.

Qeyd edək ki, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a açıqlamasında yanğın zamanı ölənlərin olmadığını bildirib.

 

“Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində ölən və yaralanan yoxdur. Hadisə baş verən zaman komitə sədrinin müavini və digər məsul şəxslər həmin ərazidə olublar. Hazırda ilkin olaraq yanğının baş vermə səbəbləri araşdırılır. Bundan sonra müvafiq dövlət orqanları ilə birlikdə lazımi tədbirlər görüləcək”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu