Modern.az

Göygöldə Təmizlik İdarəsinin işçisi iş başında ölüb

Göygöldə Təmizlik İdarəsinin işçisi iş başında ölüb

Aktual

6 Avqust 2017, 11:43

Göygöldə ölüm hadisəsi baş verib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Göygöl rayon Təmizlik İdarəsinin işçisi, 1964-cü il təvəllüdlü Tağıyev Nurəddin Novruz olu səhər saatlarında ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

N. Tağıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Tağıyev məişət tullantıları yığan zaman ehtiyatsızlıq nəticəsində dərəyə yıxılaraq ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu