Modern.az

22 yaşlı gənc bıçaq və ülgüclə özünə xəsarət yetirib - MİNGƏÇEVİRDƏ

22 yaşlı gənc bıçaq və ülgüclə özünə xəsarət yetirib - MİNGƏÇEVİRDƏ

Aktual

6 Avqust 2017, 11:48

Gənc onu sakitləşdirmək istəyən şəxslərlə mübahisə edərək özünü vurub.

 

Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb. Belə ki, küçədə özünü çılğın aparan 1995-ci il təvəllüdlü Ağdam rayonundan olan məcburi köçkün Mirzəyev Ziyad Ələddin oğlu polisin onun sakitləşdirmək istəyinə əsəbi halda reaksiya verib. Öncə bıçaqla qarın nayihəsinə zərbə endirən Ziyad Mirzəyev, daha sonra ülgüçlə qarın və qol nayihələrini kəsib. Xəstəxanaya gətirilən yaralı burada da şuluqluq salıb. Şıltaqlığına baxmayaraq qanlar içində olan yaralı təcili əməliyyat olunub.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir Polis şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi