İmişli rayonunda bədbəxt hadisə baş verib.
Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Çaxırlı kəndində 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlu kanalda batıb. Onun axtarışı Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir. Əlavə məlumat veriləcək.