Modern.az

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib

6 Avqust 2017, 13:21

Bu gün Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ASEAN forumu çərçivəsində S. Lavrov və M. Çavuşoğlu arasında keçirilən görüşdə Suriya böhranı və iki ölkə arasındakı əlaqələr müzakirə olunub.

 

Türkiyə Xarici İşlər Nazirliyi görüşdə iki ölkə arasında ticarət  əlaqələri və viza məsələlərinin də müzakirə olunduğunu açıqlayıb. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu