Modern.az

Fransa vətəndaşı olan azərbaycanlı Strasburqda qətlə yetirilib

Fransa vətəndaşı olan azərbaycanlı Strasburqda qətlə yetirilib

6 Avqust 2017, 13:46

Fransa vətəndaşı olan 44 yaşlı azərbaycanlı Strasburqda qətlə yetirilib.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, Strasburqda Türkiyə vətəndaşları ilə aralarında yaranmış münaqişə zəminində Şirvan şəhərindən olan Fransa vətəndaşı, 1973-cü il təvəllüdlü Rəsulov Adil Əmirxan oğlu bıçaqlanaraq  qətlə yetirilib.

 

Hadisənin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Hazırda A.Rəsulovun meyiti şəhər morqlarından birində saxlanılır. Meyit bazar ertəsi pataloq anatom tərəfindən müayinə olunduqdan sonra Azərbaycana yola salınacaq.

 

Faktla bağlı Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu