Modern.az

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Aktual

6 Avqust 2017, 16:55

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:28-də başa çatıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu