Modern.az

ABŞ-dakı Qarabağ Fondu Ağ Evin yanına köçdü

ABŞ-dakı Qarabağ Fondu Ağ Evin yanına köçdü

Təhsil

19 May 2011, 16:36


ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu yeni və daha böyük ofisə köçüb. Əvvəlki ofisdən üç dəfə daha böyük olan yeni ofis Ceymstaun Fondunun qonşuluğunda, Ağ Evin isə yaxınlığında yerləşir. Yeni ofis Qarabağ Fonduna daha artıq əməkdaşların və könüllülərin cəlb olunmasına, konfrans və seminarların keçirilməsinə imkan yaradacaq. 

Bu barədə Fonddan Modern.az-a verilən məlumatda bildirlib. 

Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular