Tovuz rayonunda qonşusu ilə dava zamanı xəsarət almış Vüqar Vaqif oğlu Əsgərov xəstəxanada tibbi yardımdan imtina edib. Modern.az "Report"a istinadən xəbər verir ki, V.Əsgərov ona tibbi yardım göstərən həkimlərlə mübahisə edib. O, bundan sonra xəstəxanadan qaçıb.
Qeyd edək ki, V.Əsgərov qonşusu ilə Nəriman Nərimanov küçəsində dava edib. Bu zaman o, üz və çənə nahiyəsindən kəsici alətlə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
21:30
Tovuz rayonunda qonşular arasında dava düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində baş verib.
Tovuz rayon sakini, Vüqar Vaqif oğlu Əsgərov hələ ki bilinməyən səbəbdən qonşusu ilə mübahisə edib. Bu zaman onun üz və çənə nahiyəsinə kəsici alətlə xəsarət yetirilib.
Xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Modern.az