Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın 200 kvadrat metr ərazidə baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəsmisinin verdiyi məlumata görə, hazırda yanğının qarşısı alınıb.
İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Nəticədə "Sabunçu bazarı" ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Belə ki, mağazalardakı əşyalar yanaraq külə dönüb. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilib.
İlkin məlumata görə, yanğında xəsarət alan olmayıb.
Modern.az