Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 4,5% azalaraq 30,036.9 milyon manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 6 ay ərzində bankların cəmi öhdəlikləri 7,5% azalaraq 27,322.9 milyon manat, o cümlədən depozit portfeli 1,7% artaraq 16,687.2 milyon manat olub. Bunun 6,880,7 milyon manatını fiziki şəxslərin depozitləri, 9.806.5 milyon manatı isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bundan əlavə sektorun balans kapitalı 42,2% azalaraq 2,714.0 milyon manat təşkil eidb. Əhalinin əmanətləri 7,4% azalaraq 6,880.7 milyon manata düşüb. Şirkətlərin vəsaitləri isə 9,2% artıb.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,503-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir.
2017-ci ilin 30 iyun tarixinə Azərbaycanda bank sektorunun icmal göstəriciləri də açıqlanıb.
Modern.az xəbər verir ki, sözügedən dövrdə bankların filiallarının sayı 560 olub, 2016-cı ilin yekunu ilə müqayisədə filialların sayının 9 ədəd azaldığını göstərir. Şöbələrin sayı isə 10 ədəd artaraq 141-ə çatıb.
Qeyd edək ki, bankların 31 may tarixinə də filiallarının sayı 560, şöbələrinin sayı 141 olub.
Bu ilin iyun ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, may ayı ilə müqayisədə iyunda bankların AMB qarşısında öhdəliyi 35,9 mln. manat və ya 5,25% azalaraq 647,4 mln. manat təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 2,6 dəfə azalıb.
Əhalinin banklardakı əmanətləri iyun ayında 0,8% artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 30 İyun 2017-ci il tarixinə banklarda əhalinin əmanətləri 6 milyard 880.7 milyon manat təşkil edib.
Qeyd edək ki, aprel ayında bu göstərici 6 milyard 847.5 milyon manat, mayda isə 6 milyard 820.1 milyon manat olmuşdu.
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 4,5% azalaraq 30,036.9 milyon manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 6 ay ərzində bankların cəmi öhdəlikləri 7,5% azalaraq 27,322.9 milyon manat, o cümlədən depozit portfeli 1,7% artaraq 16,687.2 milyon manat olub. Bunun 6,880,7 milyon manatını fiziki şəxslərin depozitləri, 9.806.5 milyon manatı isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bundan əlavə sektorun balans kapitalı 42,2% azalaraq 2,714.0 milyon manat təşkil eidb. Əhalinin əmanətləri 7,4% azalaraq 6,880.7 milyon manata düşüb. Şirkətlərin vəsaitləri isə 9,2% artıb.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,503-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir. Bank sektorunda işləyənlərin sayı artmağa başlayıb. 30 İyun 2017-ci il tarixinə bank sektorunda işləyənlərin sayı 61 nəfər artaraq 16095 nəfər olub. Bu ilin may ayında isə bank sektorunda işçilərin sayı 16 034 nəfər idi.
Qeyd edək ki, apreldə bank sektorunda işləyənlərin sayı 98 nəfər, mayda isə 180 nəfər azalmışdı.
2017-ci ilin 30 iyun tarixinə olan bank sektorunun əsas göstəriciləri belədir:
P.S Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.