Modern.az

Gəncədə çörək qitlığı yaranıb

Gəncədə çörək qitlığı yaranıb

Təhsil

19 May 2011, 17:56

Gəncədə qaz təminatının dayandırılması çörəkbişirmə sexlərinin işinə də təsir edib. Belə ki, artıq iki gündür ki, şəhərin bəzi yerlərində mavi yanacaq verilişinin dayandırılması səbəbindən həmin ərazilərdə yerləşən çörəkbişirmə sexlərində çörək normadan az bişirilir. Bu da əhalinin çörəklə təminatında bir sıra çətinliklər yaradır. 
Modern.az-ın məlumatına görə, dünən bəzi dükanlarda saat 18-dən sonra çörək tapılmayıb. Satıçılar bunun səbəbini çörək sexlərində qazın olmaması ilə əlaqələndirirlər. 
“Sexdə sobalar adətən təbii qazla işləyir. Qaz kəsiləndə isə məcbur olub odun sobalarını işə salırıq. Sexdə ehtiyatda odun az olduğundan bişirilən çörəyin miqdarını azaldırıq” -deyə, şəhərdəki çörək sexlərindən birinin sahibi bildirib. 
Gəncə şəhər Qaz İstismar Sahəsinin baş mühəndisi Şubay Nəsibov isə deyib ki, qaz xətlərinin politren borularla dəyişdirilməsi səbəbindən müfəqqəti olaraq qazın verilməsi dayandırılıb. Müsahib bu gün təbii qazın verilişinin bərpa ediləcəyini söylədi.  
Qeyd edək ki, təmir işləri aparılan ərazilərdə təxminən 20-yə yaxın çorəkbişirmə sexi var.

Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular