Avqustun 4-də rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Telli Əliyeva tutulub.