Modern.az

Bu ölkədə dəhşətli istilər başladı - 4 ölü

Bu ölkədə dəhşətli istilər başladı - 4 ölü

Aktual

7 Avqust 2017, 18:30

İtaliyanın şimalında bir neçə gün davam edən dəhşətli istilər yerini güclü külək və yağıntılara verib.

 

Modern.az-ın məlumatına görə, 4 nəfər kəskin hava şəraitinin qurbanı olub.

İki nəfər güclü küləyin qopardığı ağacların altında qalaraq həyatını itirib, bir nəfər isə şimşək vurması nəticəsində həlak olub.

 

Daha bir nəfər isə daşqının qurbanı olub.

Ümumilikdə, 50-dən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

 

Eyni zamanda, ölkənin cənubunda davam edən şiddətli istilərlə əlaqədar yanğınlar qeydə alınır.

Yanğınların qarşısının alınması üçün helikopterlərdən istifadə olunur.

 

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu