Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası “MHŞT Azərbaycan; Təsdiqlənmədən sonrakı inkişaf” layihəsini həyata keçirir. Layihə Açıq Cəmiyyət İnstitut Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutu tərəfindən maliyyələşdirilib. Layihənin 01 avqust 2010- cu ildən başlayaraq 30 iyul 2011- ci ilə qədər olan dövrü əhatə edir.
Layihənin maliyyə operatorları isə İqtisadi Tədqiqatlar Mərkəzi və Siyasi Araşdırmalar Mərkəzidir. Layihə çərçivəsində 9 istiqamət, eyni zamanda, Koalisiyanın mətbuat Xidmətinin təşkili, İnformasiya Bülletenin elektron variantının hazırlanması və saytın yenidən qurulması fəaliyyəti daxildir. Konfransda MSŞT barədə Regional TV- lərdə Talk- Şouların təşkili, MHŞT-nin tətbiqinin qanunvericilik bazasının gücləndirilməsi, Dövlət Neft Fondu haqqında Qanun layihəsinin vəkillik fəaliyyəti, MHŞT üzrə hökumət və şirkətlərin hesabatlarının keyfiyyətinin artırılması, Fərdi hesabatlılığın vəkilliyi istiqaməti üzrə işlərin gedişi, Qızıl hasilat sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik fəaliyyəti, ARDNŞ- in şəffaflığının artırılması, Mədən sənayesinin maliyyə nəticələrinə dair ictimaiyyətin məlumatlandırılmasının genişləndirilməsi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının informasiya bülleteninin hazırlanması, Koalisiyanın Mətbuat Xidmətinin işinin təşkili və Koalisiya saytının yenidən qurulması kimi istiqamətləri əhatə edsən layihə çərçivəsində görülmüş işlərdən bəhs olunub, MSŞT sahəsindəki vəziyyət, mövcud problemlər və onların həlli yolları barədə söhbət açılıb. Tədbirdə, qeyd olunan istiqamətlər üzrə məsul olan şəxslərin təqdimatları dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Konfransda millət vəkilləri, beynəlxalq təşkilatlar, diplomatik korpus nümayəndələri, Dövlət Neft Fondu və neft hasilatı ilə məşğul olan şirkətlərin təmsilçiləri də iştirak edib. Millət vəkilləri mədən sənayesində şəffaflığın artırılması istiqamətində MSŞT Koalisiyasının gördüyü işləri yüksək qiymətləndiriblər.
Modern.az