Modern.az

Allahşükür Paşazadə İran XİN rəhbəri ilə görüşdü

Allahşükür Paşazadə İran XİN rəhbəri ilə görüşdü

Aktual

7 Avqust 2017, 22:46

İranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti  İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Modern.az APA-ya istinadən xəbər verir ki,  görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.

M.C. Zərif  bildirib ki, İran üçün Azərbaycanın inkişafı  və sabitliyi  çox önəmlidir: “Azərbaycan və İran arasında əlaqələr ən yaxşı səviyyədə qurulub. İki ölkə prezidentləri arasında  dəfələrlə görüş keçirilib.  Azərbaycanın inkişafı və sabitliyi bizim üçün çox önəmlidir”.

Allahşükür Paşazadə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə görə M.C. Zərifə təşəkkür edib.  “Biz  çalışacağıq ki, bundan sonra iki ölkə arasında əlaqələr daha da güclənsin”, deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu