Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində xəsarət alan 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu əməliyyat olunub. Modern.az "Report"a istinadən xəbər verir ki, hazırda yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
23:01
Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur.
Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Modern.az