Modern.az

İlin ikinci Ay tutulması baş verib

İlin ikinci Ay tutulması baş verib

Aktual

7 Avqust 2017, 23:38

Bu gün ilin ikinci Ay tutulması baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, Ay tutulması  saat 21:22-də başlayıb, saat 22:20-da maksimumda olub, saat 23:18-də başa çatıb. Budəfəki Ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Belə ki, bu gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetə bir qədər də yaxınlaşıb. Nəticədə Ay öz dörddə bir hissəsini planetin kölgəsində buraxıb. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayıb.

Maraqlı təbiət hadisəsi Moskva şəhərində, Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə edilib. Bu hadisə Azərbaycandan da müşahidə olunub. Belə ki, günbatandan sonra Ay tutulmasının bir hissəsini görmək mümkün olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu