Modern.az

Zahid Oruc Bərdədə 29-cu kəndinin sevincinə şərik olub

Zahid Oruc Bərdədə 29-cu kəndinin sevincinə şərik olub

Təhsil

19 May 2011, 19:23

Millət vəkili Zahid Oruc Bərdə rayonunda növbəti görüşlərdə iştirak edib.  Deputatın Modern.az saytına verdiyi məlumata görə, rayonun 134 abunəçidən ibarət Nazırlı kəndində mavi yanacağın verilməsi mərasimində onunla birgə icra başçısı Vidadi İsayev də iştirak edib. V.İsayev və Z.Oruc kənd sakinlərilə görüşdə rayonda aparılan quruculuq işlərindən, ölkə başçısı İlham Əliyevin bir müddət öncə Ağcabədidə keçirdiyi müşavirdə verdiyi tapşırıqlara uyğun olaraq qarşıda duran vəzifələrdən söz açıblar.
Z.Oruc deyib ki, Nazırlı onun deputat kimi təmsil olunduuğu ərazidə mavi yanacaq verilən sayca 29-cu kənddir.

Deputatın sözlərinə onun iştrak etdiyi tədbirlərdən biri də vergi ödəyiciləri və müvafiq qurum əməkdaşlarının qatıldığı toplantı olub. Həmin toplantıda deputatla yanaşı, vergilər nazirinin müavini Sahir Məmmədov, Bərdənin icra başçısı Vidadi İsayev, Yevlax ərazi vergilər idarəsinin rəisi Səməd Məmmədov, 120-yə yaxın vergi ödəyicisi iştirak edib. Z.Oruc bildirib ki, toplantıda korrupsiya ilə mübarizə istiqamətində aparılan işlərdən, şəffaflıqdan, vergi ödəyicilərinin hüquqlarının qotunmasından və digər məsələlərdən söz açılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular