Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsində Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində çıxışına münasibət bildirib.
L.Əliyeva deyib ki, o, Eldar Qasımov və Nigar Camaldan qalibiyyət gözləyirmiş:
- Təbii ki, gözləyirdik. İnanıram ki, hər bir ölkə əslində bu müsabiqədə qalib gəlmək arzusu ilə yaşayır. Elə biz də bunu arzu edirdik. Azərbaycanın “Eurovision” müsabiqəsində cəmi dördüncü dəfə iştirak etməsinə baxmayaraq, ölkəmiz kifayət qədər yüksək yerlər - üçüncü, beşinci və səkkizinci yerləri tutmuşdur. Qalib gələndə keçirdiyin hissləri heç nə ilə müqayisə etmək olmaz. Bu, bizim üçün böyük xoşbəxtlik və sevinc idi.
Modern.az